Antalyada turistləri daşıyan avtobus aşıb, 18 nəfər yaralanıb


Dünya 29 Okt 2017 11:43:22 317 0

Antalyada turistləri daşıyan avtobus aşıb, 18 nəfər yaralanıb

Tur mikroavtobusu yapon turistləri Konyaya aparırmış

Türkiyənin kurort bölgəsi olan Antalyada turistləri daşıyan avtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Antalyadan Konyaya gedən tur mikroavtobusunda 18 yapon turist olub.

Yol-nəqliyyat hadisəsi Akseki qəzasında baş verib. Hadisə yerinə "təcili yardım" briqadaları cəlb olunub.