6 məktəbli hərəkətdə olan mikroavtobusdan yıxıldı


Dünya 29 Okt 2017 10:12:00 295 0

6 məktəbli hərəkətdə olan mikroavtobusdan yıxıldı

Gürcüstanda Batumi-Axaltsixe magistral yolu ilə hərəkət edən mikroavtobusdan 6 məktəbli yıxılaraq xəsarət alıb.

Son.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, avtobusda ekskursiyadan qayıdan 6-cı sinif şagirdləri, onların valideynləri və müəllim olub.  

İlkin məlumata görə, insidentə səbəb məktəblilərin hərəkətdə olan mikroavtobusun qapısını açması olub.