Futbol üzrə DÇ-2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək
Digərləri 29 Okt 2017 09:59:26 173 0
Siyahının açıqlanacağı dəqiq tarix yoxdur
Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatı - 2018-in hakim siyahısı ilin sonunadək müəyyən ediləcək.
“Report” xəbər verir ki, bunu TASS-a FİFA-nın Hakimlər Departamentinin başçısı Massimo Buzakka deyib.
"Siyahının açıqlanacağı dəqiq tarix, hələ ki, yoxdur, lakin bu, tezliklə baş verməlidir. Düşünürəm ki, biz bunu cari ilin sonunadək müəyyən edəcəyik. Bizi çox iş gözləyir", - deyə o bildirib.
Mənbə: report.az