Tramp Klintonun məktublarının dərc olunması prosesini sürətləndirməyə çağırıb


Dünya 29 Okt 2017 09:36:43 312 0

Tramp Klintonun məktublarının dərc olunması prosesini sürətləndirməyə çağırıb

Dövlət Departamentinin sərəncamında 40 min səhifəyə yaxın sənəd var

ABŞ prezidenti Donald Tramp Dövlət Departamentini keçmiş dövlət katibi Hillari Klintonun idarənin sərəncamında olan məktublarının dərc olunması prosesini sürətləndirməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb.

ABŞ lideri öz istəyini Klintonun yazışmaları ilə bağlı işin araşdırılmasının şəffaflığını təmin etmək istəyi ilə əsaslandırır.

Teleşirkətin məlumatına görə, hazırda Dövlət Departamentinin sərəncamında 40 min səhifəyə yaxın sənəd var.

Hillari Klinton 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olaraq şəxsi elektron ünvanı vasitəsi ilə məxfi xidməti yazmalar aparıb.

Ehtimal olunur ki, bu ona öz məktublarını dövlət yoxlamalarından gizlətməyə imkan verib ki, bu da dövlət qulluqçularına qadağan olunur.