Məsud Bərzani noyabrın 1-dən vəzifəsindən gedəcəyini bəyan edib


Dünya 29 Okt 2017 09:08:18 362 0

Məsud Bərzani noyabrın 1-dən vəzifəsindən gedəcəyini bəyan edib

İraq Kürdüstanı liderinin istefasını yerli müxalifət tələb edib

İraq Kürdüstanının rəhbəri Məsud Bərzani noyabrın 1-də vəzifəsindən gedəcəyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Deutsche Welle" məlumat yayıb.

Seçkilərə qədər onun vəzifələrini birgə regional hökumət, parlament və ali məhkəmə instansiyaları icra edəcək.

Bildirilir ki, Bərzaninin istefasını İraq Kürdüstanının müxalifəti tələb edib. Bu, kürdlərin İraq hərbçiləri ilə toqquşmalardan sonra öz nəzarətləri altında olan ərazilərin bir hissəsini itirməsindən sonra baş verib.