İran xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycanın təklifinə MÜNASİBƏT


Digərləri 29 Okt 2017 09:01:00 258 0

İran xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı Azərbaycanın təklifinə MÜNASİBƏT

İran Astara şəhərində (İran) xüsusi iqtisadi zonanın (XİZ) yaradılması ilə bağlı Azərbaycanın təklifini alqışlayır.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian deyib.

Onun sözlərinə gröə, xüsusi iqtisadi zonanın yaradılması Azərbaycanı bir sıra nəzarət mexanizmlərindən azad edəcək.

Nazir deyib: "Bu, Azərbaycana imkan verəcək ki, İran Astarasına qoyulan investisiyalarından mənfəət əldə etsin".