Ağsu rayonunda “Mercedes” və “Niva” markalı maşınlar toqquşub: ağır yaralılar var


Sosial 29 Okt 2017 08:49:10 357 0

Ağsu rayonunda “Mercedes” və “Niva” markalı maşınlar toqquşub: ağır yaralılar var

Yaralılardan ikisinin vəziyyəti ağırdır

Muğanlı-Ismayıllı avtomobil yolunun Ağsu rayonu Sanqalan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. «Report» xəbər verir ki, “Mercedes” 90-ZF-641 dövlət nömrə qeydiyyatlı avtomobil, "Niva” markalı maşınla toqquşub. 

Nəticədə “Niva”nın sürücüsü, 1995-ci il təvvəllüdlü Aydın Asəf oğlu Hacıyev və onun atası, Ağsunun Kalva kənd sakini, 1968-ci il təvvəllüdlü Asəf Ağasən oğlu Hacıyev ağır xəsarətlər alıblar. Yaralıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəsətəxanalardan birinə çatdırılıblar.  

“Mercedes”in sürücüsü, 1960-cı il təvvəllüdlü Rasim Ağəli oğlu Əsgərov Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.