Moqadişoda partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb - YENİLƏNİB


Dünya 29 Okt 2017 01:44:00 434 0

Moqadişoda partlayışlar nəticəsində ölənlərin sayı 23-ə çatıb - YENİLƏNİB

Prezident sarayı yaxınlığında iki minalanmış avtomobil partladılıb

Somalinin paytaxtı Moqadişoda, Prezident sarayı yaxınlığında yerləşən mehmanxana qarşısında törədilən partlayışlar nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, polis binanın dağıntıları altından daha iki meyit aşkar edildikdən sonra ölənlər haqqında məlumatı yeniləyib. Ölənlər arasında arasında biri körpə olmaqla 3 uşaq var.

***21:02

Bakı. 28 oktyabr.