Günün qoroskopu: yaxınlarınızla çətin məsələlərdə dil tapmağa çalışın


Digərləri 29 Okt 2017 00:01:00 375 0

Günün qoroskopu: yaxınlarınızla çətin məsələlərdə dil tapmağa çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın. Gələcəklə bağlı ümumi planları müzakirə edin. Günü cari öhdəliklərin yerinə yetirilməsinə və planlaşdırılan işin görülməsinə sərf edin. Yaxın adamların istəklərini nəzərə alın, yardım istəyənə rədd cavabı verməyin. Ev üçün alış-veriş edə bilərsiniz. Axşam saatları həyat ritmini dəyişəcək, yaxın gələcəklə bağlı situasiyanın özülü funksiyasını yerinə yetirəcək. Əyləncə, görüş və təmaslar yeni emosiyalar bəxş edəcək. Ətrafdakı dəyişikliklər barədə düşünün.

Buğa - şərtlər və yaxın ətrafınızdakı insanlara təsir imkanlarını əldə saxlayın. Maraq və imkanlar dairəsi genişlənir. Amma təşəbbüs yetərli olmaya bilər. Ümumi işdə, birgə əməkdə maraqlı olan insanları prosesə cəlb edin.  Toplantı, müzakirə, görüşlərə qatılmalısınız. Bütün bunlar gərginliyin artmasına, özünə nəzarətin zəifləməsinə səbəb ola bilər. Axşam saatlarında dincəlin, ruhunuz sərbəst olsun.

Əkizlər - bu gün bir çox situasiyalar nigaranlıq, təlaş və təşvişlə müşayiət olunacaq. Əhvalınızı pozacaq, xəyallarınızı dağıdacaq, planlarınızı dəyişəcək xəbər alacasqınız. Məqsədə aparan yol çətinləşir.  Çalışdığınız insanlardan birinə münasibətiniz dəyişə bilər. Hadisələrin sürətli inkişafı, emosiyaların gərilməsi nəticəsində ciddi söhbət və hətta münasibətlərin kəsilməsi mümkündür. Rəqabət güclənəcək, maraqlar toqquşacaq, açıq bəhs başlanacaq. İmkan varsa, tək qalın, iş və planlarınıza qarışmağa, müdaxilə etməyə imkan verməyin.

Xərçəng - mümkün olmayan heç bir iş və ya çatılması irreal hədəf yoxdur. İstədiyinizi əldə etmək üçün səylə çalışın. Ailə üzvləri və qohumlarla münasibətlərdə irəliləyiş, yaxşılığa doğru dəyişikliklər istisna deyil.  Ailədə çoxdan bəri qaysaqlanmaq bilməyən münaqişəni çözmək ehtimalı var. Lakin unutmayın ki, ailədə problemlərin həlli sizdən qurbanlar tələb edir. Təlaşa düşməyin, emosiyalara məğlub olmayın, lazım bildiyinizi edin. Nüfuzlu insanlarla qeyri-rəsmi söhbət və ya görüş üçün əlverişli gündür. İşgüzar məcrada başlayan tanışlıq sonradan romantik məcraya yönələ bilər.

Şir - günün ilk yarısı ən müxtəlif işlər üçün münasibdir. Bu zaman planlarınızı reallaşdırmaqla yanaşı, parlaq ideyanızı da həyata keçirə bilərsiniz.  Səhvlərə yol verməmək və yanlış addımlar atmamaqda sizə yardımçı ola biləcək mühüm informasiya olacaq. Günün ikinci yarısı gərgindir. Ailə üzvləri və yaxınlarınızla fikir ayrılıqları istisna deyil. Özünüzü narahat, gərgin hiss edirsiniz. Yaxın adamların və iş yoldaşlarının ünvanına sərt tənqidlərdən çəkinin. Sərt və aqressiv, davakar olmayın.

Qız - səhər saatlarında qərarlar və emosiyalarınıza hakim olun. İstənilən mühüm addımı atmazdan əvvəl bir qədər gözləyin. Çox yəqin ki, ilkin impulsdan sonra fikrinizi dəyişəcəksiniz. Axşam saatlarında uğur əldə edə bilərsiniz. Qonaq gedin, gəzintiyə çıxın, kino və ya teatra yollanın. Görüşlər xoş, həm də faydalı olacaq.