Kanadada xəstəxanada atışma: 2 təqaüdçü öldürülüb


Dünya 28 Okt 2017 23:56:00 312 0

Kanadada xəstəxanada atışma: 2 təqaüdçü öldürülüb

Ölənlərdən biri kişi, digəri qadındır

Kanadanın Ontario əyalətinin Koburqa şəhər xəstəxanasında polisin iştirakı ilə baş verən atışma zamanı bir kişi və bir qadın ölüb.

Son.az "Report"a istinadən bildirir ki, atışma səslərindən sonra xəstəxananın təxirəsalınmaz yardım şöbəsinə polis çağırılıb. Hadisə yerinə gələn asayiş keşikçiləri 70 yaşlı kişi ilə atışmağa başlayıblar. Nəticədə kişi güllələnib. Bundan əlavə, müəssisədə 76 yaşlı qadının meyiti tapılıb. İnsidentlə bağlı araşdırma aparlır.