İraq ordusu Gl-Qaim şəhərində beş kəndi terrorçulardan azad ediblər


Dünya 28 Okt 2017 21:19:51 293 0

İraq ordusu Gl-Qaim şəhərində beş kəndi terrorçulardan azad ediblər

Hərbçilər dəmir yolu və elektrik stansiyası üzərində nəzarəti ələ alıb

İraq hərbçiləri Əl-Qaim şəhəri ərazisində beş kəndi, dəmir yolu stansiyasını və elektrik stansiyasını İŞİD terror qruplaşması yaraqlılarından azad ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ordu komandanlığının məlumatında bildirilir.

"Ordu bölmələri və xalq könüllüləri Ən-Nazva, Ən-Nahiyyə, Əl-Amari, Ət-Təzaliyə və Rataca kəndlərini azad ediblər", - deyə məlumatda qeyd olunur.

Bundan əlavə, komandanın sözlərinə görə, qoşun Əl-Hürr körpüsü, Əl-Qaim dəmir yolu stansiyası və yerli elektrik stansiyası üzərində nəzarəti bərpa edib.