iPhonela fotolar çəkdi, milyonçu oldu FOTO


Digərləri 28 Okt 2017 21:01:00 329 0

iPhonela fotolar çəkdi, milyonçu oldu  FOTO

Layza Smit Avstraliyanın Qolden Kost əyalətində yaşayır. 28 yaşı var, bloqerdir, səyahət etməyi sevir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Kuinslend şəhərində doğulmuş Layza səyahətlərində çəkdiyi fotoları bloqunda və İnstagram-da paylaşmaqla məşhurlaşıb.

"İlk fotomu iPhone-la çəkdim, İnstagram-da paylaşdım. Sonra səyahətlərdə fotolar çəkdim və sosial şəbəkələrdə yaydım. Bloq yaratdım, yazmağa başladım. Beləcə, məşhurlaşdım", - Layza Smit deyir.

Layzanın indi illik gəliri 10 milyon dollardan çoxdur.