Ayaq göbələklərinin yaranma səbəbi və müalicəsi


Digərləri 28 Okt 2017 21:10:00 452 0

Ayaq göbələklərinin yaranma səbəbi və müalicəsi

Ayaq dərisinin və dırnaqlarının göbələk xəstəlikləri insanın infeksion xəstəlikləri qrupuna aiddirlər. Göbələk infeksiyaları (mikozalar) müxtəlif olurlar, lakin dəri və dırnaqları zədələyən mikozlar ən çox yayılmışlarıdır. Bu infeksion xəstəlik insandan insana keçir.

Yaranma və çoxalma mühiti

Son.az deyerler.org-a istinadən bildirir ki, göbələklər neytral və ya zəif qələvilik mühitində çoxalırlar. Göbələklərin əmələ gəlməsi üçün PH göstəricisinin 6 - 6.7 olması münasibdir. Qeyd etmək lazımdır ki, sağlam insanın dərisinin PH səviyyəsi 5.5 dir. Belə ki, turş mühit göbələklər üçün əlverişli deyil.

Artıq tərləmə göbələk riskini artırır, dəri örtüyünün qapalı yerlərində tərin buxarlanması çətinləşir və bu nəm mühitdə göbələklər əmələ gəlir.

Göbələklər aşağı dərəcələri asanlıqla keçirirlər. Onlar hətta donmadan sonra da xəstəliyi inkişaf etdirmək qabiliyyətinə malikdirlər. Göbələklərin əmələ gəlməsi və çoxalması rütubətli mühitdə baş verir. Buna görə artıq tərləmə və yaş ayaqqabılar göbələk xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbləridir. Ayağın göbələk infeksiyasına tutulmasının əsas faktorları üzgüçülük basseynləri və ictimayi hamamlardır. Beləki onların nəm döşəmələrində göbələklərin mövcudluğu üçün münasib şərait var. Zədələnmiş dəridən qopan quru tük və qabığlarda göbələklər illərlə yaşama qabiliyyətini saxlayırlar. Misal üçün bunlar yerdə, xalçalarda, paltarlarda və ayaqqabılarda illərlə qalsalar, sonradan münbit şəraitə düşərək (insan dərisinə) onlar yenidən çoxalma və artma qabiliyyətinə malik olurlar və xəstlənməni təhrik edirlər.

Göbələklər qurulamanı yaxşı keçirirlər. Bu onları öldürmür, sadəcə bir müddətlik onların inkişafının və çoxalmasının qarşısını alır.

Göbələk xəstəlikləri əsasən böyüklərdə baş verir və əsas səbəblərdən biri kimi də dərinin PH səviyyəsinin yaşlandıqca dəyişilməsi, epidermis qatının qalınlığı və strukturunun dəyişməsi, dərinin immun qorunmasının zəifləməsi ilə əlaqəlidir. Göbələk xəstəliklərinin əmələ gəlməsində piylənmə, şəkər xəstəliyi, böyrək üstü vəzi xəstəliyi, qalxanvari vəzin xəstəliyi, mədə-bağırsaq xəstəliklərilə müşahidə olunan maddələr mübadiləsinin dəyişilməsinin böyük əhəmiyyəti var.

Dırnaq göbələkləri

Dırnaq göbələyi (onixomikoz) insandan insana keçən göbələk xəstəliklərini təhrik edir. Adətən dırnaqların göbələk xəstəliklərinə yoluxması ayaqqabılardan və digər məişət əşyalarından ümumi istifadə zamanı baş verir. Eyni dərəcədə yoluxmalar ictimai yerlərdə - hamamlarda, sauna, trenajor və idman zalları və baseynlərdə yayılır.

Dırnaq göbələkləri çox dözümlü infeksiyadır və bir müddətdən sonra dırnağın bütün hissələrini zədələyir, məhv edir və sonra digər dırnaqlara və ya dəriyə keçir. Dırnaq göbələyi bədənin digər hissələrinin yoluxmasının səbəbidir. Hətta dırnaq göbələklərinin bütün mənbələri müalicə olunsa, bir dənə də olsa görünməyən yoluxma mənbəyindən dırnaqlarda yenidən göbələklər əmələ gələ bilər.

Dırnaq göbələklərinin xarici əlamətləri - dırnaq rənginin dəyişilməsi, onların qalınlaşmasıdır. Dırnaq göbələyi onları ağ, boz, sarı, qəhvəyi və bəzən də qara və yaşıl rənglərə bürüyür.

Ayaq göbələyi