Barselona Madrid qarşıdurması qızışır


Dünya 28 Okt 2017 20:58:00 237 0

Barselona  Madrid qarşıdurması qızışır

Separatçı lider bəyan edib ki, İspaniya hökumətinin qərarları Kataloniyanın iradəsinə ziddir

Kataloniya hökumətinin vəzifəsindən kənarlaşdırılmış keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin bu qərarını tanımadığını bildirib.

Son.az APA-ya istinadən xəbər verir ki, K. Puçdemon regionun müstəqilliyi üçün dinc mübarizəyə çağırıb: "Biz azad dövlətin yaradılması üzərində işi davam etdirəcəyik".   

.   

"El Mundo" yazıb ki, K. Puçdemon vəzifəsini tərk etməkdən imtina edərsə, onu 1 ildən 3 ilə qədər həbs gözləyə bilər.