Kağızın kəsdiyi yara niyə çox ağrıdır?


Digərləri 28 Okt 2017 19:40:00 304 0

Kağızın kəsdiyi yara niyə çox ağrıdır?

Barmaqlarda və əllərdə həssas sinirlər olur. Beləcə kağız, barmağınızı kəsdiyində beyinə ağrılı siqnallar göndərilir.

Əlinizi kəsdiyinizdə, yaranı yuyub, bağlamaq lazımdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, kağız kəsiyinin səbəb olduğu ağrını bilməyən yoxdur.

Mütəxəssislər həmin ağrının altında yatan səbəbin mikroskopik səviyyədə gizli olduğunu və insanların çox ağrı çəkməsinə səbəb olduğunu söyləyir. Kağız bir taxta və ya plastiki də kəsə bilər, dərini də asanlıqla yaralayır. Kağızın kəsdiyi yara insana bərk ağrı verir. Yaxşı, bəs bunun səbəbi nədir? Mütəxəssislər kağızdan əmələ gələn kəsiyin ağrıya səbəb olmasına bir neçə səbəb göstərir. Əvvəlcə barmaqlarımızda və əllərimizdə həssas sinirlər var. Beləcə kağız, barmağınızı kəsdiyində beynə ağrılı siqnallar göndərilir. Kağızın kəsdiyi yara hamar bir kəsik deyil. Kağızın kənarına bir mikroskop altında baxsanız eynilə köpəkbalığının dişləri kimi iti uclu olduğunu görərsiniz. Bu, ağrılı yaralara səbəb olur.