Vatan Şaşmazın qatilinin mirasına sahib çıxan yoxdu


Digərləri 28 Okt 2017 19:21:00 349 0

Vatan Şaşmazın qatilinin mirasına sahib çıxan yoxdu

Aparıcı-aktyor Vatan Şaşmazı qətlə yetirən keçmiş model sevgilisi Filiz Akerin mirasına sahib çıxan yoxdur.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Akerin bacısı qızı Dora Ercan xalasının sərvətini rədd edib. O, bunu belə əsaslandırıb:

"İkisi üçün də hər gün dua edir, Allahdan xalamın günahının bağışlanmasını istəyirəm. Bu hadisədən sonra uzun müddət psixoloq yanına getdim. Çünki social şəbəkədə mənə təhqiramiz mesajlar yazırdılar. Xalamın dörd varisi var: 3 dayım və mən. Dayılarımdan biri həbsdədir. Mən isə mirası rədd edirəm. Xalamın pulu ilə maraqlanmıram. Ancaq adına bulaq tikdirmək istəyirəm".

Xatırladaq ki, Filiz Aker Vatan şaşmazı otel otağında güllələyərək qətlə yetirib. Daha sonra isə özü intihar edib.