Ayaqları soyuq suda saxlamağın faydaları


Digərləri 28 Okt 2017 19:20:00 336 0

Ayaqları soyuq suda saxlamağın faydaları

Ayaqlarını sadəcə 15 saniyə soyuq suda saxlayanlar çox faydalı nəticələr əldə etdiklərini deyir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir az qəribə səslənsə də, qızmar istilərin yaşandığı bu günlərdə elə də pis fikir deyil. Bu üsulu tətbiq edəndə, ayağınızı ilk dəfə soyuq suya qoysanız çətinlik çəkəcəksiniz, lakin uyğunlaşmaq çox uzun vaxt çəkməz.   Bu üsulu hər gün 15 saniyə və 10 gün ərzində tətbiq edənlər faydalarını belə izah edirlər:   Ayağımdakı varikoza qarşı müsbət təsir edir, varikoz probleminin sürətlə yaxşılaşdığını gördüm.   Miqren spazmalarının yavaş-yavaş azaldığını və vaxt keçdikcə yox olmağa başladığını fərq etdim.   Soyuq su terapiyası ağrı və ayaqlardakı şişkinliyi azaltmaq üçün yaxşı bir yoldur.   Kiçik bir plastik torbanın içinə bir miqdar əzilmiş kiçik buz parçaları qoyun və dairəvi hərəkətlərlə ağrıyan bölgəni masaj edin.   Nazik bir parçaya sarılmış dondurulmuş buz qəliblərini də istifadə edə bilərsiniz.   Soyuğun təsiri ilə ağrılı bölgədəki sinir ucları keçici bir müddət keyləşir və sizə yüngüllük verir.   Bundan başqa, ayağınızda şiş varsa, buzu ayağınızın üzərində 10 dəqiqədən artıq saxlamayın. Uzun müddətli istifadə dəri və sinirləri məhv edə bilər.