Zaur Kamaldan onu təhqir edənlərə cavab: "Şəbnəm Tovuzlu da, Sevda da..."


Şou-biznes 28 Okt 2017 17:06:00 379 0

Zaur Kamaldan onu təhqir edənlərə cavab: "Şəbnəm Tovuzlu da, Sevda da..."

Xəzər TV-də yayımlanan "5/5" verilişinin aparıcı Zaur Kamal sərt reaksiya ilə qarşılaşıb.

Aparıcının efirdə müğənni Sevda Yəhyayeva və Şəbnəm Tovuzlunun makiyajını sildirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub:

"Utanmır? Belə aparıcı olar? Zaur getsin öz üzünün qrimini silsin", deyə insanlar rəy yazıb.

Son.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Zaur Kamal haqqında yazılan şərhləri oxumadığını bildirib:

"Nə yazırlar yazsınlar, mən heç vaxt o şərhləri oxumuram. Qaldı ki, mənim üzümə nəsə çəkməyimə, heç vaxt qrim etməmişəm və etmərəm də. Bu mənim xarakterimə yaddır. Hətta rəhbərlik də mənə bildirib ki, efir üçün qrim etmək lazımdır, etiraz etmişəm".