Milli Şuranın mitinqi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib


Siyasət 28 Okt 2017 15:38:28 324 0

Milli Şuranın mitinqi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Şuranın sədri Cəmil Həsənli mitinqə qatılmayıb

Milli Şura Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) mitinq keçirir.

“Report”un məlumatına görə, aksiyaya Milli Şura üzvləri, müxalifətyönlü təşkilatların tərəfdarları və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmış mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimli, Şuranın üzvləri Gültəkin Hacıbəyli və və Oqtay Gülaliyev çıxış edəcəklər.

Mitinqlə əlaqədar hüquq mühafizə orqanları təhlükəsizlik tədbirlərini gücləndiriblər.