Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq


İqtisadiyyat 28 Okt 2017 14:21:00 313 0

Gürcüstan Azərbaycan qazını gələn həftədən yeni marşrutla alacaq

Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi tamamlamaq üzrədir

 Noyabrın ilk həftəsində Gürcüstan Azərbaycana məxsus təbii qazı yeni marşrut üzrə almağa başlayacaq.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatda deyilir ki, Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi layihənin icrası – Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi tamamlamaq üzrədir: "Artıq gələn həftədən Gürcüstan Azərbaycan qazını yeni marşrutla alacaq. Genişlənmiş kəmərlə Türkiyəyə “mavi yanacaq” gələn il çatdırılacaq. 2020-ci ildə Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi başa çatdıqdan sonra isə təbii qaz Cənubi Qafqazdan Avropa ölkələrinə çatacaq".