Atasının dəfninə xanımı və məşuqəsi ilə qatıldı FOTO


Digərləri 28 Okt 2017 12:49:26 296 0

Atasının dəfninə xanımı və məşuqəsi ilə qatıldı  FOTO

Taylandda ötən il 89 yaşında vəfat etmiş kral Pumipon Adulyadetin (9-cu Rama) təntənəli dəfn mərasimi keçirilib.

Son.az The Phuket News-a istinadən bildirir ki, 90 milyon dollara başa gəlmiş mərasimə 300 mindən artıq insan qatılmışdı.

2016-cı ilin oktyabrın 13-də 89 yaşında, ağır xəstəlikdən vəfat etmiş kral Pumipon Adulyadet ölkəni 70 il ərzində idarə etmişdi.

Onun 44,24 milyard dollarlıq varidatı vardı.

Onun nəşi olan tabut paytaxt Banqkokdakı Böyük Kral Sarayının Böyük Zalında idi. Ötən il ərzində həmin məkanda kralla 12 milyon insan vidalaşıb.

İndi Taylandın yeni kralı 1972-ci ildə varis şahzadə statusu almış 65 yaşlı Maha Maxa Vaçiralonqkorndur. O, atasının ölümündən 50 gün sonra yeni kral elan olunmuşdu.

Mərhum kralla 5 günlük vida mərasimi sabah başa çatacaq.

Dünən mərhum kralın nəşi yandırılıb. Kral Maha Vaçiralonqkorn  krematoridə atasının külləri arasında sümükləri və yanmış hissələri seçib. Daha sonra həmin sümüklər, hissələr və kül brilyant qaşlarla bəzədilmiş 6 qızıl qaba qoyularaq Böyük Kral Sarayına və Zümrüd Budda məbədinə aparılıb.

Kralın sümükləri və nəşinin qalıqları Saraydakı məqbərədə dəfn olunub. İçində kül olan qablar isə "Vat Ratçabofit" və "Vat Bovonnivet" məbədlərinə aparılıb.


Xəbərə aid fotolar