9 il əvvəl qardaşını öldürən şəxsin başını kəsmək istədi GÖRÜNTÜLƏR VİDEO FOTO


Digərləri 28 Okt 2017 12:26:00 317 0

9 il əvvəl qardaşını öldürən şəxsin başını kəsmək istədi  GÖRÜNTÜLƏR  VİDEO  FOTO

Bərdədə qanlı olay baş verib. 28 yaşlı Mövlan Cabbarov Şirvanlı kənd sakini Xaliq Məmmədovu bıçaqlayıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hadisə rayonun Dəymədağlı kənd məzarlığında baş verib.

Kənd sakinlərindən birinin dəfni zamanı Cabbarov 9 il əvvəl qardaşını öldürən Xaliq Məmmədovla qarşılaşıb. Onun bədəninin müxtəlif nahiyələrinə bıçaq xəsarəti yetirdikdən sonra başını boyun nahiyəsindən kəsməyə çalışıb. Həmkəndlilərin müdaxiləsindən sonra Xaliq Məmmədov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun ağız, qulaq, boyun nahiyəsindən bıçaq xəsarətləri aldığı, daxili qanaxmasının olduğu bildirilib. Cərrahiyyə əməliyyatı olunan Bərdə sakininin vəziyyətinin ağır olduğu açıqlanıb.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, Mövlan Cabbarov hadisədən sonra polisə təslim olub.


Xəbərə aid fotolar