Bakıda 26 yaşlı qız Facebookda tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı FOTO


Digərləri 28 Okt 2017 10:55:00 338 0

Bakıda 26 yaşlı qız Facebookda tanış olub nişanlandığı oğlan tərəfindən zorlandı  FOTO

"...Bircə bundan qorxurdum. O da bunu bilirdi. Dəfələrlə demişdim, intihar edəcəyəm, özümü öldürəcəyəm. Amma yenə əməlindən əl çəkmirdi, gah bıçaqla hədələyir, gah da boğazımdan tutub nəfəsim daralana qədər boğurdu. Bezmişdim, ölmək istəyirdim. Həyətə düşüb sirkəni götürdüm, birnəfəsə içdim. Əvvəlcə boğazımda yanğı hiss etdim, sonra soyuq tər basdı, yavaş-yavaş halsızlaşırdım. Allaha yarvardım ki, günahımdan keçsin, məni cəhənnəm əzabından xilas etsin", - göz yaşlarını silib, analizlərin nəticəsini göstərir.

Respublika Toksikologiya Mərkəzində həyatını xilas ediblər. Müayinələr zamanı məlum olub ki, üstəlik miokard infaktı da keçirib. Hazırda Binəqədi Rayon Prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.

Son.az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinə müraciət edən 26 yaşlı Binəqədi rayon sakini Aidə Məmmədova (araşdırma aparıldığından ad və soyad dəyişdirilib - virtualaz.org) başına gələnləri virtualaz.org-a danışıb:

- İşləmək istəyirdim, ona görə də, elanlardakı telefonlara zəng vurub maraqlanırdım. Özüm də Facebook sosial şəbəkəsində elan vermişdim. Yaradıcılıq mərkəzi adlı səhifədən dostluq gəldi, mən də qəbul etdim. Yazdılar ki, iş var, müraciət edə bilərsiniz. Mən də getdim, işlə maraqlandım. Orada bir oğlan vardı, telefon nömrəmi götürdü ki, işlə bağlı məlumat verəcək. Axşam yazdı ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, ona görə də, kişilərin əhatəsində işləməyini istəmirəm. Beləcə 1 aya yaxın danışdıq, sonra mənə elçi göndərdi, ailəm razılıq verdi. Bundan sonra üzük almağa gedəcəkdik, bizə gəldi. Evdə heç kimin olmamasından istifadə edib boğazımdan tutub yerə yıxdı, ayaqları ilə çiynimi, əllərimi əzdi. Müqavimət göstərsəm də, bacara bilmədim, əxlaqsız hərəkətlər etdi.

- Buna görə intihar etmək istədin?

- Ağladım, dedim ki, onsuz da evlənəcəyik, niyə belə edirsən? Dedi ki, hər vasitəyə əl atıram ki, məndən ayrılmaq fikrinə düşməyəsən. Özümü təhqir olunmuş hiss edirdim, amma dərdimi heç kimə danışa bilmirdim. Növbəti dəfə evdə heç kimin olmadığını bilən kimi gəldi, qapını açanda boğazımdan tutub boğdu, huşumu itirənə qədər təcavüz etdi. Bu hadisə dəfələrlə təkrar olunub. Təsəvvür edin ki, ailə qurmaq istəyən oğlan küçədə insanların gözü qarşısında sənə əl atır, soyundurmağa çalışır. Neçə dəfə üstümə bıçaq çəkmişdi.

- Bəs niyə ayrılmırdın? Ən azı anana məlumat verəydin.


Xəbərə aid fotolar