14 yaşında modellik etdirilən qız öldü "Ana, çox yorulmuşam, yatmaq istəyirəm" FOTO


Digərləri 28 Okt 2017 10:35:00 469 0

14 yaşında modellik etdirilən qız öldü  "Ana, çox yorulmuşam, yatmaq istəyirəm"  FOTO

Əslən rusiyalı olan 14 yaşlı model Vlada Dzyuba Çində dünyasını dəyişib.

Son.az Mirror-a istinadla bildirir ki, Şanxayda podiuma çıxmağa hazırlaşan modelin hərarəti qalxıb, huşunu itirərək yerə yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Vlada 2 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər. Azyaşlı model xəstəxanada dünyasını dəyişib.

Vladanın son sözləri: "Ana, çox yorulmuşam, yatmaq istəyirəm" olub.

Həkimlər bildiriblər ki, qızın ölümünə səbəb onun tükənməsi olub. Belə ki, meningit xəstəliyi olan qız həddindən artıq işlədilib və o, gün ərzində cəmi bir neçə saat dincələ bilib.


Xəbərə aid fotolar