Smartfonların satışı artır


Digərləri 28 Okt 2017 08:41:00 241 0

Smartfonların satışı artır

"GfK" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonların qlobal satış həcmi 3% yüksələrək 367 milyon təşkil edib.

Son.az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər Latın Amerikası (+11%), həmçinin Mərkəzi və Şərqi Avropada (+9%) daha yüksək artım tempi qeydə alıblar. Bu halda Şimali Amerika, Qərbi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində azalma müşahidə olunub: bu regionlarda smartfonların satış həcmi müvafiq olaraq 1%, 7% və 7% azalıb.

Həmçinin mütəxəssislər bildiriblər ki, smartfonların bahalaşması tendensiyası fonunda "ağıllı" telefon bazarının pul baxımından həcmi 10% yüksələrək 116,8 milyard dollar təşkil edib, halbuki bir il əvvəl bu göstərici 106,3 milyard dollar səviyyəsində idi.