Avropada ilk sualtı restoran tikiləcək


Digərləri 28 Okt 2017 08:31:00 295 0

Avropada ilk sualtı restoran tikiləcək

"Snøhetta" şirkəti Norveçdə Avropada ilk sualtı restoran inşa edəcək.

Son.az ICTnews-a istinadən bildirir ki, "Under" adlanacaq restoranın Norveç sahilinin cənub hissəsində tikilməsi nəzərdə tutulur. Onun bir hissəsi quruda, digər hissəsi suyun 5 metr dərinliyində yerləşəcək. Restoran üçün xarakterik olan yüksək təzyiqə və çətin hava şəraitinə dözmək üçün bina 1 metr qalınlığında beton divarlardan və möhkəm akril pəncərələrdən ibarət olacaq.

Hazırda restoranın ölçüsü məlum olmasa da, onun 100 qonağın qəbulu üçün nəzərdə tutulacağı bildirilir. Məlumata görə, qonaqlar sahildə yerləşən qapıdan daxil olduqdan sonra bara keçərək birinci mərtəbədəki restorana enəcəklər.

Bildirilir ki, solğun işıqlandırıcı cihazlar həm restoranda, həm də dəniz dibində quraşdırılacaq. "Snøhetta" nümayəndələrinin sözlərinə görə, binaya sutka ərzində fəaliyyət göstərməyə imkan verəcək xüsusi istilik texnologiyasından da istifadə olunacaq.     Maraqlıdır ki, restorandan, həmçinin tədqiqat mərkəzi kimi istifadə planlaşdırılır. Belə ki, boş vaxtlarda restoranda dəniz biologiyasını (məsələn, balıqların davranışını) tədqiq edən mütəxəssislər qrupu işləyə biləcək.