Ayaq qoxusuna qarşı təbii yollar


Digərləri 28 Okt 2017 07:21:00 317 0

Ayaq qoxusuna qarşı təbii yollar

Soda: ayaqlarınızın rahatlıqla yerləşdiyi bir ləyəni ilıq su ilə doldurun. Suyun içinə 2 qaşıq soda atın. Ayaqlarınızı bu suda 20 dəqiqə saxlayın. Bu proseduranı 1 həftə ərzində hər axşam sınaqdan keçirin.

Lavanda yağı: soda kimi lavanda yağı da, ayaq qoxusuna qarşı bir həll yoludur. Son.az deyerler.org-a istinadən bildirir ki, lavanda yağı həm də ayaq göbələyinin qarşısını almağa da kömək edir. Su ilə dolu bir ləyənə 15-20 damla lavanda yağını əlavə etdikdən sonra ayaqlarınızı ləyəndə təxminən 15 dəqiqə saxlayın. Bu proseduranı 1 həftə ərzində gündə 2 dəfə etməyə çalışın. Çay: çayın içərisində olan tanik turşu, bakteriyalara qarşı qoruma təmin edir və tərləməni azaldır. Əvvəl, 2-3 ədəd paket çayı çaydanda dəmləyin. Yarısına qədər su ilə doldurduğunuz ləyənə bu çayı əlavə edin və ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. 1 həftə ərzində hər axşam edəcəyiniz bu prosedura sizi ayaq qoxusundan xilas edəcək. Sirkə: soda, lavanda yağı və çay kimi ayaq qoxusuna qarşı səmərəli yollardan biri də sirkədir. Ləyənin yarısını ilıq su ilə doldurun və üzərinə 2 stəkana qədər sirkə əlavə edin. Ayaqlarınızı sirkəli suda 20 dəqiqə saxlayın. Bu prosesdən sonra ayaqlarınızı sabunla təmiz bir şəkildə yuyub yaxalayın. 10 gün ərzində hər gün edəcəyiniz bu proses, ayaq qoxusunu yox edəcək.