Gürcüstanda şaxtada qəza olub: ölən var


Dünya 28 Okt 2017 03:41:01 277 0

Gürcüstanda şaxtada qəza olub: ölən var

Kömür şaxtalasında dağ süxurlarının dağılması zamanı bir işçi həlak olub

Gürcüstanın qərbindəki Tkibuli şəhərinin kömür şaxtalarından birində dağ süxurlarının dağılması zamanı bir işçi həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tiflisin "Imedi" televiziya şirkəti bildirib.

Tkibulidən daxil olan məlumatlara görə, işçi yeraltı işlərin görülməsi zamanı dağ kütləsinin dağılmasından sonra ölüb. Şaxtada baş vermiş hadisə ilə əlaqədar Gürcüstanın Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.

Bildirilir ki, hadisə şəraitinin öyrənilməsi məqsədilə İqtisadiyyat və Səhiyyə nazirliklərinin nümayəndələri Tiflisdən Tkibuliyə gəliblər.