BMT-nin baş katibi Kataloniya məsələsinin İspaniya konstitusiyası çərçivəsində həllinə çağırıb


Dünya 27 Okt 2017 23:40:29 329 0

BMT-nin baş katibi Kataloniya məsələsinin İspaniya konstitusiyası çərçivəsində həllinə çağırıb

Bu barədə Baş katibin rəsmi nümayəndəsi Farxan Xak deyib

BMT-nin baş katibi Antoniu Quttereş İspaniya və Kataloniya hokumətlərini regionun statusu ilə bağlı məsələnin ölkə konstitusiyası çərçivəsində həllinə çağırıb.

“Report” “TASS”-a istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Fərhan Hak deyib.

“Biz cərəyan edən hadisələri izləməyə çalışırıq. Hal-hazırda baş katib bütün tərəfləri məsələnin həllini İspaniya konstitusiyası çərçivəsində və mövcud siyasi, hüquqi kanallardan istifadə etməklə tapmağa çağırır", - deyə o bildirib.