Sürücü 80 kilometr sürətlə əks yola çıxdı İndi yol polisi həmin sürücünü axtarır VİDEO


Digərləri 27 Okt 2017 23:14:00 243 0

Sürücü 80 kilometr sürətlə əks yola çıxdı  İndi yol polisi həmin sürücünü axtarır  VİDEO

"Kamaz"la əks yola çıxan sürücü saatda 80 kilometr sürətlə hərəkət edir. Son.az bildirir ki, görüntülər Bakı-Qazax yolunun Qobustan qəsəbəsindən keçən hissəsində lentə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan sürücülərdən biri yük avtomobilinin əks yolda sürətlə getdiyini çəkib. Kadrlara baxdıqda da aydın görünür ki, ''Kamaz''ın sürücüsü təhlükəli vəziyyət yaradaraq, magistral yolda intensiv hərəkət edən nəqliyatın axınına qarşı gedir.

Günün qaranlıq vaxtı olması isə təhlükənin nə qədər böyük olmasından xəbər verir. Həmin anı çəkən sürücü iddia edir ki, yük avtomobilinin sürücüsü bu şəkildə təxminən 20 kilometr yol qət edib. Qarşıdangələn avtomobillərin böyük əksəriyyəti isə rayonlardan gələn sərnişinlə dolu avtobuslardır.