Azyaşlı qıza narkotik verib təcavüz etdilər, görüntülərini skaypda paylaşdılar


Digərləri 27 Okt 2017 22:37:00 294 0

Azyaşlı qıza narkotik verib təcavüz etdilər, görüntülərini skaypda paylaşdılar

İngiltərədə yaşayan 34 yaşlı Sara Qotham ilə 36 yaşlı həyat yoldaşı Kreyq Forbes cütlüyü girov götürdükləri azyaşlıya cinsi təcavüz edib.

Son.az xəbər verir ki, bununla ürəyi soyumayan cütlük təcavüz görüntülərini amerikalı bir pedofilə skayp vasitəsilə izlədiblər.

Onlar azyaşlı qızı 4 ay müddətində narkotik maddə verərək, öz yanlarında saxlayıblar. Bu müddət ərzində qızın görüntülərini Kaliforniyada yaşayan 42 yaşlı Kori Ellis adlı pedofilə göndəriblər. Hadisə Ellisin polis tərəfindən saxlanılmasından sonra üzə çıxıb. Onun şəxsi kompüterində yüzlərlə uşaq pornoqrafiyasına aid videolar aşkarlanıb. Cütlüyün məhkəməyə çıxarılması və həbs edilməsi də məhz Ellisin sayəsində olub.