Elastik displeylərin seriyalı istehsalına başlanılıb


Digərləri 27 Okt 2017 21:42:00 322 0

Elastik displeylərin seriyalı istehsalına başlanılıb

Çinin "BOE" şirkəti ölkədə üzvi işıq diodlu ekranların (OLED) istehsalı üzrə istehsal xəttini istifadəyə verib. Beləliklə, Çin Koreya Respublikasından sonra elastik displeylərin seriyalı istehsalının həyata keçirildiyi ikinci ölkə olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "OLED" displeylərin ilk partiyası artıq "Huawei", "Vivо", "Xiaomi", "ZTE" və Çinin əvvəllər analoji məhsulu "Samsung" istehsalçısından satın alan digər şirkətlərinə tədarük edilib.

Şirkətin vitse-prezidenti Çjan Yunun sözlərinə görə, displeylərin altıncı nəsil "AMOLED" (üzvi işıq diodlu aktiv matrisa) texnologiyasından istifadə edilməklə istehsalı şirkətin Sıçuan əyalətinin inzibati mərkəzi olan Çendu şəhərində yerləşən bazasında həyata keçirilir.

Məlumata görə, "OLED" ekran yüksək parlaqlıq, kontrastlıq, eləcə də kiçik qabarit və çəki daxil olmaqla bir çox üstünlüklərə malikdir. Çin istehsalçısının məhsulunun qalınlığı 0,03 millimetr təşkil edir.