Hər iki qadından birini narahat edən


Digərləri 27 Okt 2017 21:15:00 328 0

Hər iki qadından birini narahat edən

Orta yaşlı qadınlar arasında hər ikincisi bu xəstəlikdən - stressli inkontinensiyadan əziyyət çəkir. Belə qadınlar öskürəndə, güləndə və ya hansısa bir sərt hərəkət edəndə sidiyi saxlaya bilmir.

Son.az bildirir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrahı, mama-ginekoloq Nigar Allahverdiyeva modern.az-a deyib ki, hazırda bu xəstəliyə tez-tez rast gəlinir:

- Bunu hardasa sosial problem kimi də qəbul etmək olar. Çünki müasir qadınların həyatında çox çətinliyi var. Lakin bu, əsasən anotomik problemdir. Anadangəlmə qüsur da ola bilər, uretranın (sidik kanalının) uzunluğundan irəli gələ bilər. Bundan əlavə, digər funksional çatışmazlıqla da əlaqəli ola bilər. Xəstəliyin yaranmasının ən əsas səbəblərindən biri travmatik doğuşlar, həmçinin qadının aldığı ağır zədələrdir. Ağır yol qəzaları və yaxud hansısa bir hansısa bir çanağına yol gətirən qəzalar səbəbilə yaranır.  Buna görə belə haln yaranması əsasən qadının yaşadığı həyat tərzindən asılıdır. Məsələn, ağır işdə işləyən xanımlarda xəstəliyə tez-tez rast gəlinir. Travmatik faktordan başqa ağır çəki, klimekterik dövr və hormonal çatışmamazlıq nəticəsində yarana bilər.

- Stressli inkontinensiya xəstəliyinin diaqnozu hansı üsulla təsdiqlənir? Yəni, ola bilərmi, bu hallar müvəqqəti olsun, orqanimzmdə baş verən hansısa proseslə bağlı olsun və öz-özünə keçib getsin?

- Sidiyi saxlaya bilməmə ilə bağlı xəstəliyin diaqnozunun qoyulması, bir tərəfdən asandı, amma həm də çətindir. Biz əsasən pasiyentin  şikayətlərinə əsaslanaraq xəstəliyin olub-olmadığını dəqiqləşdiririk. Qadınlar deyirlər ki, qaçanda, bərk güləndə, öskürəndə, pilləkənlə çıxanda, asqıranda  və s.sidiyin axdığını hiss edirlər. Bu hal adətən 45-50 yaşından sonra müşahidə edilir. Lakin çanaq dibi əzələlərində travma, defekt yaşamış qadınlarda bu xəstəlik cavan yaşlarda da rast gəlinir.

Biz xəstəlikdən şühbələndikdə, xəstəni müayinə və asan bir test aparırıq. Bundan əlavə, urodinamik müayinə, digər ağır travmaların mövcudluğu halında isə KT və MRT-də xəstəyə baxış aparılır.

- Bəs stressli inkontinensiya hansı yolla müalicə olunurmu?