Azərbaycanlı müğənni Emel Sayının təklifinə "yox" dedi FOTO


Şou-biznes 27 Okt 2017 21:03:00 435 0

Azərbaycanlı müğənni Emel Sayının təklifinə "yox" dedi  FOTO

Tanınmış müğənni, əməkdar artist Bəsti Sevdiyeva türkiyəli sənətçi Emel Sayınla görüşüb.

Son.az-a açıqlama verən müğənni Emel Sayınla görüşünü belə xatırlayıb:

"Kiprdə qızımın evində qonaq olarkən qudam məni konsertə dəvət etdi. Emel Sayının konsertinə gedəcəyimi biləndə çox sevindim. Həqiqətən də mən bu xanımı bir sənətkar kimi çox sevirəm. Konsertdə Emel Sayına mənim haqqımda məlumat verdilər və bildirdilər ki, Azərbaycandan gəlib. O mənə yaxınlaşaraq səhnəyə dəvət edib, mahnı oxumağımı istədi. Birincisi nə mənim geyimim, nə də ki, repertuarım məkana uyğun deyildi. Hazırlıqsız olduğuma görə səhnədə çıxışımdan imtina etdim. Sadəcə bunu dedim ki, mən sizi dinləməyə gəlmişəm. Emel Sayın həqiqətən də Türkiyənin böyük və sevilən sənətkarıdır".


Xəbərə aid fotolar