Almaniya Kataloniyanın müstəqilliyini tanımadığını bəyan edib


Dünya 27 Okt 2017 20:22:00 266 0

Almaniya Kataloniyanın müstəqilliyini tanımadığını bəyan edib

Şteffen Zaybert: "İspaniyanın suverenliyi və ərazi bütövlüyü toxunulmazdır"

"Almaniya hökuməti Kataloniyanın müstəqilliyini tanımır". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib. 

"İspaniyanın suverenliyi və ərazi bütövlüyü toxunulmazdır. Federal hökumət bu cür müstəqilliyi qəbul etmir", - Ş.Zaybert "Twitter" səhifəsində yazıb.