Aparıcının astronavta sualı ölkəni qarışdırdı: "Aydan bir parça qopardıb..." VİDEO


Digərləri 27 Okt 2017 20:18:00 343 0

Aparıcının astronavta sualı ölkəni qarışdırdı: "Aydan bir parça qopardıb..."  VİDEO

Amerikanın "İTV" telekanalında yayımlanan "This Morning" proqramına dəvət olunan astronom Tim Pik aparıcının sualları qarşısında çaş-baş qalıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, Beynəlxalq Kosmik Stansiyanın astronavtı Tim Pik Ayda apardıqları araşdırımalar haqqında məlumat verib. Astronavtın sözünü kəsən aparıcı Amanda Xok ona qəribə sual verib:

"Siz o boyda Aya getdiniz. Bəs niyə Aydan kiçik bir parça da olsa, qopardıb özünüzlə Yerə gətirmədiniz?"

T.Pik isə "biz Ayın səthinə enmədik, sadəcə kosmik gəminin içərisində olmuşuq" deyə cavab verib. Cavabın ardından mövzunu dəyişmək yerinə yenidən "sizin yerinizdə olsam, mütləq özümlə bir parça götürərdim" deyən aparıcı izləyicilər tərəfindən gülüş obyektinə çevrilib.

Tim Pik bu fikrin maraqlı olduğunu deyib:

"Əslində dediyiniz gözəl fikirdir. Amma başa düşün ki, orada hər şey ciddi nəzarət altındadır. Rəhbərlikdən icazəsiz addım atmaq mümkün deyil".