"Bufer"i dəyişən sürücülərin nəzərinə


Digərləri 27 Okt 2017 19:54:00 312 0

"Bufer"i dəyişən sürücülərin nəzərinə

Avtomobildə ön bamperlərin dəyişdirilməsi və yaxud başqa birisi ilə əvəzlənməsi tez-tez qarşılaşdığımız hadisədir.

Bəzən isə sürücülər köhnə model avtomobillərə yeni modellərin ön və yaxud arxa bamperin dəyişdirilməsinə görə DYP tərəfindən cərimə olunduqlarını deyirlər.

Ümumiyyətlə, bamperin dəyişdirilməsi konstruksiya dəyişikliyi hesab edilirmi? DYP buna görə cərimə yaza bilərmi?

Son.az xəbər verir ki, avtosfer.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov bildirib ki, bamper avtomobilin passiv təhlükəsizlik sisteminə aid olan elementdir. Eyni zamanda, bamper avtomobilin marka və modelinin eyniləşdirilməsinə xidmət edir: "90-cı ilin avtomobilinə 2017-ci il buraxılışı olan avtomobilin bamperini qoymaq olar. Sadəcə, burada iki şərt var.