İspaniya nəhəngi Antuan Qrizmannın agenti ilə əlaqə yaradıb


İdman 27 Okt 2017 18:45:00 299 0

İspaniya nəhəngi Antuan Qrizmannın agenti ilə əlaqə yaradıb

"Barcelona" növbəti yay Antuan Qrizmannı transfer edə bilər. Goal.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, katalonlar 25 yaşlı futbolçunun agenti ilə əlaqə saxlayıb. Qrizmannın xidmətlərində "Barcelona"nın çalışdırıcısı Ernesto Valverdenin xüsusilə maraqlı olduğu bildirilir. Fransa millisinin üzvü bu orda oynamaq fikrinə isti yanaşır. O, "Atletico"da 4 il keçirdikdən sonra karyerasında irəli addım atmaq barədə düşünür.

"Barcelona" və "Manchester United" Qrizmannı mövsümün əvvəlində transfer etmək istəyirdi. Katalon klubu onun buraxılış qiymətinin 200 milyon avro olmasına görə fikrindən danışmışdı. "Atletico" FİFA tərəfindən transfer qadağası ilə üzləşdiyindən hücumçu "qırmızı şeytanlar"ın təklifini geri çevirmişdi.