Goranboyda fəhlələri daşıyan avtobus çaya düşüb, xeyli sayda yaralanan var


Sosial 27 Okt 2017 18:21:45 308 0

Goranboyda fəhlələri daşıyan avtobus çaya düşüb, xeyli sayda yaralanan var

Faktla bağlı araşdırma aparılır

Goranboy rayonunda fəhlələri daşıyan avtobus körpüdən çaya düşüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.

Pambıq sahəsindən fəhlələri gətirən avtobusun çaya düşməsi nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.