Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər münasib işllə təmin edilib


Digərləri 27 Okt 2017 17:37:32 254 0

Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər  münasib işllə təmin edilib

52 rayon və şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə ölkəmizin 52 rayon və şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkaları keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, yarmarkalarda aidiyyəti rayon və şəhərlərin ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri təqdim edilib, işaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Bu aktiv məşğulluq tədbirlərində 3705 nəfər şəxsə öz seçimləri üzrə, habelə peşə bacarıqlarına və əmək vərdişlərinə uyğun olan vakant iş yerlərinə (o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 100 nəfərə yaxın şəxsə kvota əsasında ayrılmış iş yerlərinə) göndərişlər verilib. Bu günə olan məlumata əsasən göndəriş verilən şəxslərdən artıq 80 faizinin göndərildikləri iş yerlərində məşğulluğu təmin olunub. Əmək yarmarkalarında 194 nəfər şəxsə isə ödənişli ictimai işlərə göndəriş verilib. Həmçinin peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən və ya peşə bacarığına uyğun gələn iş olmadığı üçün peşəsini dəyişmək istəyən 245 nəfər vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. İlin sonuna kimi respublikamızın digər rayon və şəhərlərində də əmək yarmarkalarının təşkili nəzərdə tutulub. Ümumilikdə cari ilin 9 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 41,6 min nəfər şəxs münasib işlərlə təmin edilib, Xidmətin xətti ilə 2 698 nəfər şəxs, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən isə 215 nəfər gənc peşə hazırlığı və əlavə təhsil kurslarına qəbul olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin