"Bank BTB"-nin aktivləri 5% artıb


İqtisadiyyat 27 Okt 2017 16:54:21 305 0

"Bank BTB"-nin aktivləri 5% artıb

Bank bu ilin yanvar-sentyabr aylarını 162 min manat mənfəətlə başa vurub

“Bank BTB” ASC-nin aktivləri illik müqayisədə 5,1% artaraq 2017-ci il oktyabrın 1-nə 249,315 mln. manat təşkil edib. Bu il oktyabrın 1-nə müştərilərə verilmiş kreditlərin həcmi 124,153 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5% azdır.

“Report” bu barədə Bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bakın cəmi öhdəlikləri illik 6,3% artaraq 2017-ci il oktyabrın 1-nə 210,364 mln. manat təşkil edib. Bunun 17,125 mln. manatını müştərilərin tələbli depozitləri, 52,188 mln. manatını müddətli depozitlər, 31,360 mln. manatını Azərbaycan Mərkəzi Bankının tələbləri, 17,089 mln. manatını digər maliyyə institutlarının depozitləri, 76,325 mln. manatını digər maliyyə institutlarının kreditləri əhatə edib. Depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 28,9% artaraq oktyabrın 1-nə 69,313 mln. manata çatıb. AMB-nin Banka qarşı tələbləri illik 8,8% azalaraq 34,368 mln. manat təşkil edib. 

Cari il oktyabrın 1-nə Bankın xüsusi kapitalı 37,406 mln. manat, cəmi kapitalı 38,950 mln. manat, nizamnamə kapitalı 52,0 mln. manat, məcmu kapitalı 53,096 mln. manat təşkil edib.

Bank 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 162 min manat həcmində mənfəət əldə edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə Bank 12,361 mln. manat zərər edib.