Rusiya embarqo qoyduğu ölkələrin siyahısını genişləndirdi


Dünya 27 Okt 2017 16:20:49 299 0

Rusiya embarqo qoyduğu ölkələrin siyahısını genişləndirdi

Rusiya məhsul idxal etdiyi və embarqo qoyulan ölkələrin siyahısını genişləndirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeni qərara əsasən Avropa İttifaqı, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz və donuz məmulatlarının idxalı qadağan edilib.

Qeyd edək ki, daha öncə "Afrika taunu" virusu səbəbindən Rusiya Estoniyadan da ət məhsullarının tədarükünə qadağa qoymuşdu.