Rusiyanın müdafiə naziri: "Qərblə sərhəddə vəziyyət gərginləşir"


Dünya 27 Okt 2017 15:53:18 343 0

Rusiyanın müdafiə naziri: "Qərblə sərhəddə vəziyyət gərginləşir"

Baltikyanı ölkələrdə və Polşada NATO-nun dörd çoxmillətli batalyon taktiki qrupları yerləşdirilib

"Rusiyanın qərb sərhədində - Baltikyanı ölkələrdə və Polşada NATO-nun hərbi birləşmələrinin yerləşdirilməsi və çoxsaylı təlimlərin keçirilməsi fonunda hərbi-siyasi vəziyyət gərginləşir". 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

O qeyd edib ki, Polşa və Baltikyanı ölkələrdə ümumi sayı 5 minə qədər hərbçisi olan NATO-nun dörd çoxmillətli batalyon taktiki qrupları yerləşdirilib. Polşa və Almaniyada ABŞ Quru Qoşunlarının zirehli tank briqadası və ordu aviasiya briqadası dislokasiya olunub.