Bərdə sakini qardaşını öldürən həmkəndlisinin başını kəsmək istədi


Digərləri 27 Okt 2017 15:40:00 288 0

Bərdə sakini qardaşını öldürən həmkəndlisinin başını kəsmək istədi

Bərdə rayonunda yerli sakin həmkəndlisinin başını kəsmək istəyib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəymədağlı kəndi ərazisində yerləşən qəbiristanlıqda dəfn zamanı baş verib. 

Belə ki, həmin kəndin sakini, 28 yaşlı Mövlan Adil oğlu Cabbarov həmkəndlisi Xaliq Qərib oğlu Məmmədovun bıçaqla boğazını kəsmək istəyib. Nəticədə M.Cabbarov X.Məmmədovun boğaz, baş və bədənin müxtəlif nayihələrinə xəsarət yetirib. Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan "Report"un yerli bürosuna yaralının əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilib.