Hindistanın ulduzu öz sevgisini Azərbaycan dilində etiraf etdi VİDEO FOTO


Digərləri 27 Okt 2017 15:16:00 291 0

Hindistanın ulduzu öz sevgisini Azərbaycan dilində etiraf etdi  VİDEO  FOTO

"Salam, Azərbaycan! Mən Bakıya gəlirəm. Mən sizi çox sevirəm", - Azərbaycan dilində tamaşaçılara səslənən Hindistanın ulduzu Alişa Çinay hamını möhtəşəm "Bollywood Night" konsertinə dəvət edir.

Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm "Bollywood Night" Hindistanın Azərbaycandakı Assosiasiyasının (prezident - Sobi T. Abraham) dəstəyi ilə "Full House Entertainment" (rəhbər - Dia Soun Kxe) tərəfindən təşkil edilib. Konsert noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

Xatırladaq ki, Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova və gənc ifaçı Nuray iştirak edəcəklər. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlıdır. Azərbaycanın bütün artistləri Hindistanın milli geyimlərində çıxış edəcəklər və bu əfsanəvi ölkənin məşhur kompozisiyalarını təqdim edəcəklər. Çıxış "Super rəqqas" qrupunun parlaq şou və rəqsləri ilə müşayiət olunacaq. Hind rəqslərinin və defilenin quruluşçu rəssamı Etibar Quliyevdir.

Gecədə iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show", o cümlədən Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın milli və hind motivlərindən ibarət kolleksiyası təqdim olunacaq. "Hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinayın çıxışı gecənin kulminasiyası olacaq. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, "Disko rəqqası", "Oyna-oyna", "Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall", "Gənclik Mall", "Asan Xidmət" mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night  saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir. Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295


Xəbərə aid fotolar