Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada çıxış edib


Digərləri 27 Okt 2017 15:00:45 131 0

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada çıxış edib

İki saat davam edən konsert Çaykovskiy adına konsert zalında baş tutub

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib.

"Report"un Rusiya bürosu xəbər verir ki, iki saat davam edən konsert Çaykovskiy adına konsert zalında baş tutub.

Konsert çərçivəsində "Qaytağı" və digər məşhur Azərbaycan rəqsləri təqdim olunub, biraktlı "Koroğlu" baletinin premyerası keçirilib.

Tədbirdə Moskvanın yaradıcı ziyalıları, Azərbaycan diasporu və Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri iştirak edib.

Ansamblın bədii rəhbəri, Rusiyanın əməkdar artisti Dikalu Muzakayev qeyd edib ki, Moskvadakı konsert kollektiv üçün əlamətdar hadisədir.

O bildirib ki, ansambl "Mənim Azərbaycanım" proqramı ilə böyük dünya turnesinə çıxmağı planlaşdırır və növbəti səfər Türkiyənin İstanbul şəhərində bu ilin dıkabr ayında baş tutacaq.