Rusiya XİN başçısı: "Azərbaycan sərmayədarları Həştərxan vilayətində zavodların tikintisində fəal iştirak edirlər"


İqtisadiyyat 27 Okt 2017 13:40:57 278 0

Rusiya XİN başçısı: "Azərbaycan sərmayədarları Həştərxan vilayətində zavodların tikintisində fəal iştirak edirlər"

"Rusiya regionlarının Xəzər ölkələri ilə dialoqu geniş ticarət-iqtisadi əlaqələrinə əsaslanır"

"İran və Azərbaycan sərmayədarları Həştərxan vilayətinin "Lotos" xüsusi iqtisadi zonasında (XİZ) zavodların tikintisində fəal iştirak edirlər." 

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov XİN yanında Subyektlərin Başçıları Şurasının iclasında deyib.

"Rusiya regionlarının Xəzər ölkələri ilə dialoqu geniş ticarət-iqtisadi əlaqələrinə əsaslanır. Regionlar bütün imkanlardan istifadə edərək investisiya əməkdaşlığı üçün əlverişli şəraitin yaradılması üzrə məqsədyönlü iş aparır" - S.Lavrov bildirib.