Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı... FOTO


Digərləri 27 Okt 2017 13:41:00 331 0

Azərbaycan inhisarçılarının günahsız olduğu üzə çıxdı...  FOTO

Azərbaycana kərə yağının idxalını nəzarətdə saxlayan inhisarçılar, deyəsən, ilk dəfə haqlı çıxacaqlar. Çünki Azərbaycanda kərə yağının kəskin (2.5 dəfəyə yaxın) bahalaşmasının səbəbinin bu məhsulun idxalına nəzarət edən hansısa inhisarçılar olduğu barədə söz-söhbətlər özünü doğrultmur. (Hərçənd Dövlət Gömrük Komitəsi kərə yağı idxalında inhisarın olduğunu təkzib edib.)  

Əsas səbəb kərə yağı qıtlığıdır ki, bunun nəticəsində Avropanın aqrar sahədə ən inkişaf etmiş ölkələrindən olan Fransada əməlli-başlı böhran yaranıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu ölkədə kərə yağı nəinki kəskin bahalaşıb, üstəlik mağazaların piştaxtalarından da yoxa çıxıb.

"The Guardian" qəzeti yazır ki, Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Mağazalarda kərə yağı qıtlığı o dərəcəyə çatıb ki, sosial şəbəkələrdə zarafatla bir yarısı yeyilmiş paket yağı 250 avroya satmağa təklif edirlər.

Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər. Nəhayət, bu həftə Fransa qəzetləri də kərə yağı qıtlığının İkinci Dünya Müharibəsindən indiyədək görünmüş ən ciddi səviyəyə çatdığını yazıblar.

Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb. Nəticədə bir çox şirniyyat və çörək mağazaları normal istehsal rejimini qüvvədə saxlaya bilmirlər.

Hətta Fransanın kərə yağına görə məhşur olan Brittany və Normandy bölgələrindəki mağazalarda kərə yağı soyuducuları boş qalıb. Bəzi şirniyyatçılar qiymətləri qaldırmağa və ya kifayət qədər yağ əldə etmədikləri halda işçilərin iş saatlarını kəsməyə məcbur olublar.