Azərbaycanda dəmir yolu ilə konteynerlərin daşınması ayrıca şrikətə həvalə olundu


Digərləri 27 Okt 2017 12:42:00 328 0

Azərbaycanda dəmir yolu ilə konteynerlərin daşınması ayrıca şrikətə həvalə olundu

Azərbaycanda beynəlxalq standartlara cavab verən yük daşımaları sahəsində xidmətlərə olan tələbatın artması, dünyada uzun məsafəli blok qatarlarla daşımalarda rəqabətin genişlənməsi nəzərə alınaraq, "Azərbaycan Dəmir Yolları" QSC-də  "ADY Konteyner" MMC-nin  yaradılması barədə qərar qəbul edilib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Son.az-a verilən məlumata görə, "ADY Konteyner" MMC dəmir yolu ilə konteyner daşımalarının həyata keçirilməsi, müxtəlif tipli yüklərin daşınması üçün nəzərdə tutulan konteynerlərin alınması, istifadə edilməsi və istismarının təmin edilməsi, konteynerlərlə bağlı bütün növ xidmətlərin həyata keçirilməsi məqsədilə yaradılıb. Azərbaycanda olan bütün konteyner meydançaları və dəmir yolu konteyner daşımaları "ADY Konteyner" MMC tərəfindən idarə olunur.