Neftin qiyməti psixoloji həddi aşıb


Digərləri 27 Okt 2017 09:15:00 273 0

Neftin qiyməti psixoloji həddi aşıb

Dünya birjalarında neft bahalaşır.

Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,01 dollar və ya 0,02% artaraq 52,65 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,10 dollar və ya 0,17% artaraq 59,40 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti 59 dollar olan psixoloji həddi aşmaqla yanaşı, ikiillik maksimuma yaxınlaşıb.